Gömrükdə 144 ədəd qaçaqmal araq aşkar edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗