20 metrdən suya atılan idmançı boğuldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bosniya və Herseqovinada 34 yaşlı sloveniyalı peşəkar idmançı canlı yayımlanan yarışda suya tullandıqdan sonra ölüb.

Andrey Beyuts adlı idmançı hündürlüyü 20 metr olan körpüdən suya atılıb. O, bir anlıq sudan çıxıb və bu zaman tamaşaçılar onu alqışlamağa başlayıblar. Elə bu zaman idmançı yenidən suya qərq olub. Sudan çıxarılan Beyutsun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Qaynarinfo.Az

Vətənim Media Shorts

YouTube-da aç ↗