TƏHLÜKƏ: Gürzələr Bakının mərkəzində – Səbəb nədir? – AÇIQLAMA

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Bir neçə gündür Bakının müxtəlif ərazilərində  öldürülən ilanların fotoları geniş müzakirələrə səbəb olub. 

Ötən gün Nəriman Nərimanov metrostansiyasının yaxınlığında 2 ilan öldürülüb. Həmçinin Bulvarda və   Nizami küçəsində görüntülənən ilanlar insanlarda qorxu yaradıb.  Bakıda görüntülənən sürünənlərin demək olar ki, hamısı ilanların ən təhlükəlilərindən hesab olunan – Gürzədir.  Bu növ ilanların zəhərləri olduqca təhlükəlidir. Ölkəmizdə 28 ilan növü vardır ki, onların da yalnız 7 növü zəhərlidir.

Bölgələrdə ilanların tez-tez öldürülməsi elə də təəccüblü deyil. Amma paytaxt Bakıda belə hallara mütəmadi olaraq rast gəlinməsi vəziyyətin təhlükəli olduğundan xəbər verir. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin açıqlamalarında da ilan sancma hallarının çoxaldığı qeyd olunur.

Bəs Azərbaycanda, xüsusilə də Bakıda ilanların bu qədər artmasının və mərkəzi küçələrdə görünməsinin səbəbi nədir?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Missiya.Az-a açıqlama verən Zoologiya institutunun Biologiya elmləri üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, ilanların qışa doğru fəallaşması normal haldır:

“Qışdan öncə ilanlar qışlamaq üçün yer axtarışına başlayırlar. Buna görə olduqları yerdən çıxıb şaxta dəyməyəcək sığınacaqlar tapmağa çalışırlar. Sığınacaqlar üçün də zirzəmi, hansısa material tullantısı, həyət-baca, yəni gizlənmə yerləri axtarırlar. Bu yerlər tapmaq üçün də bir az fəallıqları artır. İlan olan yer varsa, deməli, orada ilanın olması üçün şərait var, siçanlar var”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_03sentyabr2018_69n.jpg

Mütəxəssis, ilanları yaşayış məntəqələrindən kənarlaşdırmağın yollarını da açıqlayıb: “İlanları öz ərazinizdən uzaq tutmaq üçün kəskin qoxu verən maddələrdən istifadə edə bilərsiniz. Bu cür xüsusi maddələr satışda var. Həmin maddələr ilanları ərazinizdən uzaq tutmağa kömək edəcək”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_03sentyabr2018_67n.jpg

Əksər insanlar ilan sancan zaman nə etməli olduqlarını bilmirlər. Zəhərli ilanların isə hamısı ekspertlərin də qeyd etdiyi kimi, gürzə növünə aiddir. Onların zəhəri olduqca təhlükəlidir. Bu növ ilanları vurduğu yaradan müəyyən etmək olur. Məsələn, əgər ilan vuran yerdə deşik varsa, deməli, zəhərli ilan sancıb. Çünki zəhərli ilanlarda iki zəhər dişi olur. Həmin dişlərin də içində deşik olur. Digər ilanların sancdığı yerdə iki diş izi olmur. Məhz bunun vasitəsilə insanı zəhərli və ya zəhərsiz ilan sancdığı müəyyən edilir.

İlan zəhəri qanın laxtalanması təsir eləməklə yerli ödem, nekrotik təsir yaradır. Ona görə də ilan sancmasından artıq bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır. Bəzən isə ilan sancması ilə qarşılaşan insana düzgün olmayan türkəçarə tədbirlər görülməsi onun vəziyyətinin ağırlaşmasına, hətta ölümünə səbəb olur. Əsasən də rayon və kəndlərdə ilan sancan ətrafa jqut qoyulur və yaxud yaralı yeri kəsib, qanı sorurlar. Lakin məlum olub ki, nəinki ağızla, hətta xüsusi ekstraktla zəhəri soranda onun yalnız 13 faizini çıxarmaq mümkündür.

b_550_325_16777215_00_images_xeber_sekilleri_03sentyabr2018_68n.jpg

Adətən ilanlar insanın ətraflarına, xüsusən də aşağı ətrafına hücum edir. Bu zaman yaralı insanı hərəkətsiz hala gətirib, dişlənmiş yaranı yodla steril etmək və dərhal həkimə çatdırmaq lazımdır. Tibb məntəqəsində ilan sancan adama mütləq şəkildə zərdab vurulur.

Qeyd edək ki, yaralını həkimə çatdırana qədər ilan sancan ətrafa yaxın oynaqları işlətmək olmaz. Çünki bu, zəhərin bədənə tez yayılmasına köməklik edə bilər. Sadəcə, həmin ətrafa yüngül, sıxmayan steril sarıq qoymaq olar. Yaranı sorub zəhəri çıxartmaq və ya həmin ətrafı kəsmək, üzərinə qatıq qoymaq məsləhət deyil. Ona görə ki, tez bir vaxtda çirklənmiş yara infeksiyalaşmış yaraya keçir və sonra fəsadlaşmış hal alınır.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗