“Xəzər”də bu veriliş bağlandı, aparıcısı işdən çıxdı -FOTOLAR

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Xəzər TV-də yayımlanan “Star life” maqazin verilişinin aparıcısı Sahibə Nəzərova işdən ayrılıb.

Sözügedən şou proqramı yayımdan qaldırılıb.

“Star life” verilişini isə “Xəzər maqazin” adlı proqram əvəzləyəcək.

S. Nəzərova “Qafqazinfo”ya açıqlamasında kanaldan getməsi barədə yayılan xəbərləri təsdiqləyib.

Aparıcı həftə içi hər gün ATV-də yayımlanacaq “Məryəm” adlı serialın baş rollarından birini ifa edəcək.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗