Prezident İlham Əliyevin Paşinyanla növbəti görüşü olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Ermənistanın baş naziri Nikol Paşinyanla prezident İlham Əliyevin qeyri-rəsmi görüşü planlaşdırılır.

Turkustan.info xəbər verir ki, bu barədə Paşinyan “RİA Novosti”nin sorğusuna cavabında bildirib: “Bəli, bu, qeyri-rəsmi görüş olacaq”.

Bundan əvvəl Paşinyan mətbuat konfransında “Azərbaycan prezidenti ilə görüşünüz nə vaxt olacaq” sualına “çox tezliklə” cavabını vermişdi.

Qeyd edək ki, İlham Əliyev hazırda Davos forumunda iştirak edir.  /Qafqazinfo/

Vətənim Media Shorts

YouTube-da aç ↗