VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARİlham Əliyev Hakan Fidanı qəbul etdi – FOTOLARƏziz Səncər Prezidentə təşəkkür etdiBu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildiAta qızı ilə birgə kürəkəni öldürmüşdü – Hər ikisinə hökm oxunduMüdafiə naziri Çin Xalq Respublikasında işgüzar səfərdədir“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları
13.09.2016 13:00 · gunaynovruz

Daha rentgenə ehtiyac qalmayacaq

Sümüklərin “3D” skanetmə metodikası rentgeni əvəz edəcək İrlandiyanın Triniti Kollecinin tədqiqatçıları zəif sümükləri sınmazdan əvvəl müəyyənləşdirən üçölçülü skanetmə üsulu hazırlayıblar. “ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Tori Qunnlauqsson və…
Sümüklərin “3D” skanetmə metodikası rentgeni əvəz edəcək
İrlandiyanın Triniti Kollecinin tədqiqatçıları zəif sümükləri sınmazdan əvvəl müəyyənləşdirən üçölçülü skanetmə üsulu hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Tori Qunnlauqsson və Ester Serenderin rəhbərliyi ilə kollecinin tədqiqatçılar qrupu İrlandiya Kral Cərrahlar Kollecinin (RCSI) əməkdaşları ilə insan sümükləri barədə informasiya əldə etməyə imkan verən müasir lüminessent maddə yaratmaq üçün bir araya gəlib. Onların yaratdığı metodika gələcəkdə rentgeni əvəz edə bilər.
Sümüyün üzərinə yerləşdirilən birləşmə onun zədəli nahiyələrinə nüfuz edərək onları ətraflı şəkildə ekranda göstərir. Bu müasir “3D” skanetmə üsulu gələcəkdə əksər hallarda skelet implantların quraşdırılmasının qarşısını alacaq. Texnologiya, həmçinin osteoporoz kimi degenerativ xəstəlikləri olan insanlar üçün xəbərdaredici sistem kimi işləyə bilir.
Maddə qırmızı işıq verən təhlükəsiz bioloji nanoagentlər formalaşdıran mikroskopik qızıl strukturlardan ibarətdir. Onları sümük sınığı zamanı yaranan zəngin kalsium səthlər cəlb edir. Bunun sayəsində nanoagentlər hətta az zədələnən nahiyələri özlərinə tərəf çəkməklə şəkillərdə çartağları işıqlandırır.
Zədələr barədə xəbərdarlıq etməklə yanaşı, texnologiya rentgendən istifadə zərurətini aradan qaldırır. Bunun sayəsində xəstələr müayinə zamanı radiasiya təsirinə məruz qalmır.
Layihədə iştirak edən professor Kliv Linin sözlərinə görə, bu, sayı deyil, keyfiyyəti müəyyənləşdirən ilk haldır. “Mikroçartağları qeyd etmək və sonradan onları maqnit-rezonans terapiyası vasitəsilə müəyyənləşdirmək üçün nanoagentdən istifadə sayəsində biz yüksək sınma riskinə malik sümükləri aşkarlamaq və lazımi müalicəni təyin etmək niyyətindəyik. Zədələrin qarşısının alınması əməliyyat və implantlara tələbatı azaldacaq” – o əlavə edib.