VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
28.09.2016 11:00 · gunaynovruz

“Yaprak dökümü”nün balaca aktrisası illər sonra

“Yaprak Dökümü” serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şebnem Cecelinin hazırda 15 yaşı var. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialdan sonra təhsilinə üstünlük verən Ceceli ekranda onun atasını canlandıran Halil Ergünü…

“Yaprak Dökümü” serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şebnem Cecelinin hazırda 15 yaşı var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serialdan sonra təhsilinə üstünlük verən Ceceli ekranda onun atasını canlandıran Halil Ergünü hər bayram mütləq axtardığını deyib.

Dörd nəfərlik ailənin böyük uşağı olan Şebnem 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək “Yaprak dökümü”nə başlayıb:

“Ondan əvvəl heç bir layihədə yer almadım. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə idi”.

İlk mövsümdə 5 yaşı olduğu üçün çox şeyi yadına sala bilməyən Ş.Cecelinun unutmadığı bir şey var:

“Halil Ergün və Deniz Çakır gülüş mənbəyim idilər. Onlarla bərabər olanda çox gülürdüm”ş

Milyonları ekran qarşısına toplayan final seriyasının qala gecəsi isə balaca qızı çox kövrəldibmiş:

“Qala gecəsində çox ağladım. Aradan illər keçdi. Hər bayram Halil Ergünü axtarıam, təbrik edirəm. Hərdən Deniz Çakırla da görüşürəm”.

Serial bitəndən sonra çoxlu yeni təklif alan balaca aktrisa heç birini qəbul etməyərək təhsilinə daha çox vaxt ayırıb. O, tibb fakültəsinə qəbul olunmaq istəyir:

“Həkim olmaq istəyirəm. Aktrisalıq isə hər zaman etmək istədiyim bir şeydir. İkisini birgə edə bilsəm, xoşbəxt olaram. Başda Halil Ergün olaraq bütün “Yaprak Dökümü” heyəti, Hande Doğandemir və bir də Cem Yılmazla eyni layihədə yer almağı çox istərdim”.