Azərbaycanda dəhşətli qəza – VİDEO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.
Hadisə rayonun Paşaoba kəndi ərazisindən qeydə alınıb.
Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi “Volkswagen-Passat” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗