VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
07.10.2016 16:43 · gunaynovruz

Bakıda qız doğum günündə intihar etdi – TƏFƏRRÜAT

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb. Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı…

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb.

Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.

Aygün Qəniyevanın təhsil aldığı Laçın rayon 6 saylı orta məktəbindən bildirilib ki, o, sakit təbiətli şagird olub. Məktəbin keçmiş direktoru, A.Qəniyevanın coğrafiya müəllimi Rahib Əzimov deyib ki, onun davamiyyətlə bağlı problemi olmayıb:

“Onun bacı-qardaşı da bizim məktəbdə təhsil alır. Əslən Saatlı rayonundan olsa da, yaxınlıqda başqa məktəb olmadığından bizim məktəbdə təhsil alırdı. Dünən sinif rəhbəri qızın dərsə gəlmədiyini görüb, valideyni ilə əlaqə saxlayıb. Ata-anası da işdə olub. Onlar evə zəng edəndən sonra Aygünün özünü öldürdüyünü öyrəniblər. Biz də dərhal evlərinə getdik. Qızın məktubu da yoxdur ki, niyə intihar etdiyini dəqiq biləsən”.

Məktəbdən onu da bildiriblər ki, 15 yaşlı Aygünün ailədə problemləri olub. Belə ki, valideynləri onun hazırda hərbi xidmətdə olan oğlan qayıtdıqdan sonra nişanlanmasını və ailə qurmasını istəyiblər. 9-cu sinifdə oxuyan qız isə buna qarşı çıxıb.

Aygün Qəniyevanın məhz doğum günündə həyatına son qoymasının dəqiq səbəb isə hələlik bilinmir.