RUHUN ÇAĞRIŞI

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
  • Şeir – ruhun çağırışı,
    Ləpələnən gözün yaşı,
    Hıçqırtdıqca dağı, daşı,
    O gah, şaqraq, gah asidır,
    O İlahi təmasıdır.
  • Hansı qəlbdə çağlayırsa,
    Cana könül bağlayırsa,
    Həm gülüb, həm ağlayırsa,
    Demək dilin havasıdır,
    O İlahi təmasıdır.
  • O dərdlərin oxunuşu,
    O hislərin toxunuşu,
    Səmaların cənnət quşu,
    Dilin qopan duasıdır,
    O İlahi təmasıdır.
  • Şeir- könlü sevən ürək,
    Qəfil əsən dəli külək,
    Eşqə şərqi deyən mələk…
    Cana hicran qisasıdır,
    O İlahi təmasıdır.
  • Bəlkə ruha o bir cəza,
    Pıçıltısı cana sıza,
    Ağıl çaşa, ürək qıza,
    Kim deyər ki susasıdır?!
    O İlahi təmasıdır.
  • Şeir – haqdan bir möcüzə,
    Çalar verər bomboz sözə
    Dolar qəlbə, çıxar üzə,
    Rəbbin ilham səmasıdır,
    O İlahi təmasıdır.
  • Çox çalışdım qaçam ondan,
    Qışqırıqla qopdu candan,
    Fəryad çəkdi hər bir yandan,
    Duydum canı asasıdır,
    O İlahi təmasıdır.
  • Çox da uymun, ona dostlar,
    Zülüm edir cana, dostlar,
    Girir min bir dona, dostlar,
    Qəlbi satıb-sovasıdır,
    O İlahi təmasıdır.
  • Şadimanı çalxatdıqca,
    İç evini laxlatdıqca,
    Ağlı eşqlə yoxlatdıqca,
    Candan hicran umasıdır,
    O İlahi təmasıdır.
  • 29.10.2016
  • Şirin Xanım Kərimbəyli Şadiman

Vətənim Media Shorts

YouTube-da aç ↗