Bakıda məktəb şagirdi özünü 10-cu mərtəbədən atdı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakıda 9-cu sinif şagirdi intihar edib.

Hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ev 72 ünvanında qeydə alınıb.

Belə ki, 2002-ci il təvvəllüdlü Sara Sadıqlı özünü binanın 10-cu mərtəbəsindən yerə atıb. S.Sadıqlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Şagirdin intihar etməsinin səbəbləri araşdırılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗