GHK tanınmış , İtv-nin aparicisi Azər Süleymanli ilə görüş keçirib. Bu gün, Gənc Heydərçilər Klubunun Baki Humanitar Kollec üzrə nümayəndələri, İtv-nin ən səmimi, mehriban, dəyərli aparicisi Azər Süleymanli ilə görüşdü. “Gənc Heydərçilər Klubu” 2015-ci il iyun 2-dən Nicat Müslümovun dəstəyi ilə yaradılmış təşəbbüskar kulubdur. GHK Prezidentinin köməkçisi Ayşən Xəlilova onu da vurğulayıb ki, GHK səhifəni izləyənlərin sayı 11.000 mindən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır. Başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi sevənləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”.
GHK tanınmış , İtv-nin aparicisi Azər Süleymanli ilə görüş keçirib
Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
