Tailandın cənubunda Surat Thani vilayətində məktəb avtobusu aşıb.
Qəza nəticəsində 17 yaşlı yuxarı sinif şagirdi ölüb, təqribən 30 məktəbli xəsarət alıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Polis sürücünü avtobusu ehtiyatsız idarə etməkdə ittiham edir.
