Gəncədə yanğın: 1 nəfər yanaraq öldü

Şrift
🔊 Xəbəri dinlə — Babək

Gəncədə yanğın qeydə alınıb.

Reportyor.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Vətənim Media Shorts

YouTube-da aç ↗