İstanbulda 20 yaşlı tələbə Banu Kurunun yataqxana yoldaşları tərəfindən pəncərədən atıldığı iddia edilir.
İstanbulda qaldığı qızlar yataqxanasında mübahisə əsnasında otaq yoldaşları tərəfindən pəncərədən atıldığı iddia edilən 20 yaşlı tələbə Banu Kuru reanimasiyaya yerləşdirilib.
Kurunun əmisi Mustafa Yıldırım: “Qardaşım qızının hadisəsinə intihar görüntüsü vermək istəyirlər. Bu işi belə buraxmayacağıq. Mübahisə etdiyi iki yoldaşı və yataqxana rəhbərliyi haqqında şikayətçi olduq”, – deyib.
