Müəllimlə üçün yeni vəsait…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış  təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.. Heydər Əliyev
“Azərbaycanda bu sahədə dərinləşən islahatlar düzgün istiqamətdə aparılır. Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq”. İlham Əliyev
Yeni çapdan çıxmış “Metodika” kitabı müəllimlərin bilik səviyyəsinin artırılmasında atılan uğurlu addımlardan biridir. Təhsil qanunvericiliyinin tələblərini özündə ehtiva edən “Metodika” kitabı dəyərli vəsait kimi pedaqoqların ixtiyarına verilmiş 342 səhifəlik vəsaitdə ixtisas, kurikulum, və məntiq aid test sualı cavabları ilə birlikdə, kurikulum nəzəriyyəsinin sadələşmiş şəkildə Azərbaycan və Rus dillərində izahı, təlim terminlərinin izahlı formaları, müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsahibə proqramı, təhsil sevərlərin hüqquq və vəzifələri, fənn məktəb krukulumu, fəal dərsin nümunələrlə icmalı və digər məsələlərlə bağlı materiallar öz əksini tapmışdır. Kitabın çap olunmasının zəruriləşdirən əsas amil müəllimlərin əksəriyyətinin kurikulumla bağlı biliklərinin eyni səviyyədə olmamasıdır.
Hər bir müəllimin stolüstü kitabına çeviriləcək “Metodika” kitabı dünyanın mütərəqqi təhsil modellərindən biri olan və Respublikamızda dövlət tərəfindən dəstəklənən kurikulumun geniş şəkildə öyrənilməsi sahəsəndə müəllimlərimizə yardımçı olacaq.

Ceyhun Ağabəyov

Vətənim Media Shorts

YouTube-da aç ↗