Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
***
Abşeron rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındanbildirilib ki, faciəvi hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini evdən çıxarıb morqa aparıb. (lent.az)
