Sürücü piyadanı vurdu – ölən qadın öz anası imiş – Azərbaycanda

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, həmin piyada sürücünün elə öz anası Filyar Əliyeva olub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗