Güney Azərbaycanda faciə – 5 nəfər qar uçqununun altında qaldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Güney Azərbaycanda Xoy şəhərinin ətraf dağlarında qar uçqunu baş verib.

 

Martın 21-də baş verən hadisə nəticəsində 4 nəfərin öldüyü, birinin isə xəsarət aldığı bildirilir.

 

Bu barədə Xoy Şəhər Qızıl Aypara Cəmiyyətinin rəisi Qulamrza Fərəcullahi məlumat verib.

 

“Gecə saatlarında bizə 5 nəfərin qar uçqunu altında qalması ilə bağlı məlumat verildi. Bundan sonra dərhal xilasedicilərdən ibarət bir qrupu hadisə yerinə göndərdik. Xilasedicilər ilk öncə 3, sonra isə daha bir cəsəd aşkar ediblər. Uçqun altında qalan 5 nəfərdən birisi sağdır, lakin ağır  xəsarət alıb”- deyə o qeyd edib.

 

Q.Fərəcullahi hadisədə xəsarət alan şəxsin Xoy xəstəxanasına çatdırıldığını bildirib. O, ölən və xəsarət alan şəxslərin kimliyi barədə heç bir məlumat verməyib.

 

Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗