Sankt-Peterburqda terror aktında azərbaycanlı qız ölüb – FOTO

Şrift

Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.

Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, 21 yaşlı Dilbarə Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.

Məlumat yoxlanılır.

Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.

Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.

Vətənim Media Shorts

YouTube-da aç ↗