Rusiyanın Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı nəticəsində yaralanmış 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə xəstəxanada dünyasını dəyişib.
Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olan Dilabrənin ölüm xəbəri onun sosial şəbəkə təqibçilərini hüzünə boğub.
Milli.Az xəbər verir ki, mərhumun şəxsi fotolarının altına Dilbarənin ölüm xəbərinə təsirlənən dost-tanışları ürəkparçalayan şərhlər yazıblar.
Onlardan bir neçəsini təqdim edirik:
– “Niyə axı sən? Buna inana bilmirəm! Mən səni çox sevirəm! Allah o dünyanı versin, mələyim”.
– Allah rəhmət eləsin… Valideynlərinə səbr diləyirəm. Şəklinə baxırıq və eşidirk ki, o, artıq həyatda yoxdur.
– Can, bala. Çox üzüldüm, qışqırmağım gəlir. Lənət olsun terrora. Məkanın cənnət olsun!” (milli.az)







