Müəllim olmaq istəyənlərə müjdə – Daha 4 min vakansiya

Şrift

Müəllimlərin işə qəbulunun əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, yeni mərhələyə 7 sentyabrdan start veriləcək.

 Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üçün elan olunmuş müsabiqədə 50 minə yaxın namizəd qeydiyyat keçmişdi. Onlardan 40 mini test mərhələsində iştirak etmiş, yalnız 4 mini isə müəllim adını qazanmaq şərəfinə nail olmuşdu.

Vətənim Media Shorts

YouTube-da aç ↗