Bu gün Bakı vaxtı ilə saat 12 radələrində Günəşdə daha bir güclü partlayış olub.
Son 3 gündə Günəşdə artıq 3 partlayış olub və onların hamısı Günəş aktivliyi şkalası ilə “X” səviyyədə, yəni ən güclü həddədir.
Son 12 ildə iki ən güclü partlayış Günəşdə sentyabrın 6 və 7-də baş verib. Sonucda Günəşdə iki ləqə sahəsi birləşib.
Günəşdəki partlayışlar və geomaqnit aktivliyinin, habelə şüalanmanın güclənməsi insan orqanizmi üçün təhlükəlidir.
Bu səbəbdən meteohəssas insanların ehtiyatlı davranmaları gərəkdir.
