Cinayətkara 430 il həbs cəzası

Şrift

Meksika Məhkəməsi bir cinayətkara 430 il həbs cəzası verib.
Pedro Payan Qloria adlı cinayətkar 2009-2012-ci illərdə 11 qadını öldürməkdə günahlandırılıb.
Cinayətkarın qurbanları arasında 15 yaşlı qızlar da olub. O, qurbanlardan narkotik qaçaqçılığında istifadə edib və daha sonra onlardan qurtulmaq üçün qızları qətlə yetirib.
Cinayətkarın cəzasının bu qədər ağır olması öldürdüyü qadınların gənc yaşda olması ilə əlaqələndirilib(publika.az).

Vətənim Media Shorts

YouTube-da aç ↗