Azərbaycanda baş verən zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

Şrift
🔊 Xəbəri dinlə — Babək

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli də “Ölkə.Az”a açıqlama verib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

“Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, – deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: “Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.

Vətənim Media Shorts

YouTube-da aç ↗