VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıPrezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilibPrezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyibPrezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməzİlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər –Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıqPrezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddirPrezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsinPrezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıbPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
07.12.2017 12:00 · gunaynovruz

“AQRAR UNİVERSİTETİ TANIDAQ” layihəsi davam edir

Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılması üçün Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti böyükdür. ADAU-nun mətbuat…

Orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılması üçün Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti böyükdür.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə bu məqsədlə  Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında universitetə ekskursiyalarının təşkili davam edir. Şagirdlər universitetin yeni tələbə evləri, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanalar, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxana, idman zalları və digər obyektləri ilə yaxından tanış olurlar. Bu da Gəncə və ətraf rayonların məktəblərinin buraxılış siniflərində oxuyan şagirdləri ilə universitet arasında tanıtım münasibətlərini daha  yüksək səviyyəyə çatdırır. Ölkənin yeganə aqrar təhsil müəssisənin ilbəil inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, yeni lobarotoriyaların qurulması, tədrisdə şəffaflıq, tələbələrin sosial durumlarına qayğı, tədrislə təcrübənin parallel aparılması haqqında zəngin təəssürat yaradır,  orta məktəb və universitet arasında əməkdaşlığı genişləndirir. Daha bir neçə məktəbin şagirdləri bu günlərdə peşəyönümü və ölkəmizdə aqrar sahəyə marağın artırılması məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpuslarında olub, universitet haqqında geniş məlumat əldə ediblər. Onlara Universitetin tarixi, mövcud ixtisaslar, texniki təchizat haqqında ətraflı məlumatlar verilib. Universitetdə keyfiyyətli təhsil üçün yaradılan ən müasir şərait hər bir şagirdin diqqətini çəkib.

Bu ekskursiyalar vasitəsilə orta təhsilin son pilləsində olan şagird həm də ixtisas seçimində müəyyənlik əldə edir, gələcəkdə hansı təhsil müəssisənin tələbəsi olmaq qənaətini yaradır.