VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
21.12.2017 17:12 · gunaynovruz

Bakıda məşhur mağazada biabırçılıq – Ana ilə 4 yaşlı uşağı girov saxladılar

Bakı sakini Leyli Qəzibəyova geyim dükanı olan "Coco” dan şikayətçidir. Bu barədə o Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib.  O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda…

Bakı sakini Leyli Qəzibəyova geyim dükanı olan “Coco” dan şikayətçidir.

Bu barədə o Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib.  O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olub:

“Övladımın  4 yaşı var və o da  mənim yanımda idi.  Uşaq çox sıxlıq olan dükanda manikenə toxundu, nəticədə maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu.

Ancaq broşka qətiyyən qırılmadı.

İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi.

Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 AZN-i tələb etdilər.
Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı selofana qoyub mənə verdilər.

Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi,broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib .Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki,ödənilməyib.

Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın ,ödədiyim 45 AZN mənə verilsin”.