Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, R.Qazıyev ictimai asayişi pozduğuna görə dekabrın 25-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmənin qərarı ilə, R.Qazıyevə 10 gün müddətinə inzibati həbs cəzası verilib.
