VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
27.12.2017 19:08 · gunaynovruz

Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu

Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa…

Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub.

Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.

Banda üzvləri sonuncu dəfə azərbaycanlı tələbənin yaşadığı evə basqın edərək ona işgəncə verib, barmaqlarını qırıb. Sonra onun notbukunu və fotoaparatını zorla alıblar.

Şikayət əsasında hərəkətə keçən Kastamonu polisinin əməliyyatçıları E.E., F.A., N.A., R.A., M.Y., S.M., H.A. ve S.R. adlı tələbələri həbs edib. Onlar ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb, barələrində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.  /Virtualaz.org/