VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
28.12.2017 12:58 · gunaynovruz

Nazirdən ŞAD XƏBƏR: Müəllimlərin əmək haqları artırılacaq

"2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var". Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən…

“2018-ci ilin dövlət büdcəsində təhsil sahəsində xərclərdə kifayət qədər böyük artım var”.
Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təhsil sahəsində xərclərin artımı prezident İlham Əliyev tərəfindən təsdiqlənən proqrama uyğun olaraq orta məktəblərdə çalışan müəllimlərin əmək haqlarının artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlərin aparılması ilə bağlıdır: “Burada böyük işlər görülür. Artıq diaqnostik qiymətləndirmə işləri başa çatmaq üzrədir. Bununla əlaqədar müəllimlərin əmək haqları əhəmiyyətli dərəcədə artıb. Həm məktəb direktorlarının, həm də müəllimlərin əmək haqları yüksəlib. Artıq çox bacarıqlı, savadlı, səriştəli müəllimlər yüksək maaş almaq imkanını qazanıblar”.
2018-ci ildə bu tendensiyanın davam edəcəyini deyən nazir qeyd edib ki, diaqnostik qiymətləndirmələrin başa çatdırılır və sınaqdan keçən müəllimlər məvaciblərini artırmaq imkanı qazanırlar. Maliyyə naziri əlavə edib ki, orta hesabla müəllimlərin əmək haqları 35% artıb: “Bəzi kateqoriyalar üzrə müəllimlərin əmək haqqı artımı daha yüksəkdir. Gələn il təhsil xərclərində artım bu məqsədlərə də xidmət edəcək”.  (apa)