Bakı məktəblərində şagirdlərlə bağlı QORXUNC İDDİA – FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakı məktəblərində şagirdlərin sağlamlığı üçün təhlükəli vəziyyət yaranmasına dair məlumatlar yayılıb. Belə ki,  mobil telefon istifadəçilərinin “votsap” kontaktlarına naməlum şəxslər tərəfindən şagirdlərə narkotik tərkibli konfetlər paylandığına dair səs yazısı və fotolar göndərilir. 

İddia edilir ki, bu şəxslər məktəb çıxışında dayanaraq daha çox azyaşlı şagirdləri həmin konfetlərlə şirnikləndirməyə çalışırlar. 

Xəbərdarlıq mesajlarında valideynlərə çağırış edilərək, bu məsələdə diqqətli olmaları tövsiyə edilir. Həmçinin artıq belə halların rast gəlindiyi məktəblərin adı açıqlanır. Sözügedən mesajlar valideynləri ciddi  narahat edib.

Həmin fotonu təqdim edirik.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗