VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLAR
05.02.2018 01:20 · gunaynovruz

Bədxassəli şişlərin müalicəsində yeni üsul sınaqdan keçiriləcək

Mütəxəssislər immun sistemini daha da aktivləşdirən iki aktiv maddənin siçanlardakı sərt və davamlı şişlərə çox az miqdarda inyeksiya edilməsindən sonra həmin heyvanlardakı bütün xərçəng izlərinin məhv olduğunu açıqlayıblar. Bu barədə “Science Translational…

Mütəxəssislər immun sistemini daha da aktivləşdirən iki aktiv maddənin siçanlardakı sərt və davamlı şişlərə çox az miqdarda inyeksiya edilməsindən sonra həmin heyvanlardakı bütün xərçəng izlərinin məhv olduğunu açıqlayıblar.

Bu barədə “Science Translational Medicine” jurnalında məqalə dərc edilib. ABŞ-ın Stenford Universitetinin əməkdaşları şişlərdəki “T-hüceyrələri” adlanan hərəkətli immun hüceyrələrini aktivləşdirmənin nəticəsi kimi siçanlardakı uzaq metastazların, hətta başqa orqanlara yayılan şişlərin də məhv olduğunu bildiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin iki aktiv maddənin lokal olaraq birbaşa şiş olan hissəyə inyeksiya edilməsi zamanı xərçəngə qarşı “T- hüceyrələri” yenidən aktivləşib. Tədqiqatçılar həmin maddələrdən birinin insan orqanizmində istifadəsinin mümkün olduğunu, digərinin isə sınaqdan keçirildiyini söyləyiblər.

Alimlərin dediyinə görə, inyeksiyalardan biri “T- hüceyrələri”nin aktivliyini artırarkən, digəri hüceyrələri xərçəngə “hücum etməsi barədə xəbərdarlıq edir”. Laboratoriya şəraitində aparılan tədqiqat zamanı hədəflənən və hədəflənməyən şişlərin müalicədən sonra kiçildiyi və ya yox olduğu, həmçinin 90 siçandan 87-də müsbət nəticə əldə edildiyi məlum olub.

Araşdırmaçılar süd vəzisi, bağırsaq və dəri xərçənginə yoluxan siçanlarda də eyni nəticəni əldə ediblər.

Tədqiqatçılar siçanlar üzərində sınaqdan keçirdikləri üsulla aşağı dərəcəli limfoması olan 15 xəstəni müalicə etməyi planlaşdırırlar.