Türk ordusunu dayandırmaq mümkün deyil – Afrində 1062 terrorçu məhv edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri 1062 terrorçu zərərsizləşdirib.
Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində davam edən əməliyyatlar çərçivəsində 34 terrorçu məhv edilib.

Öldürülənlərin YPG, PYD, PKK və İŞİD terrorçuları olduğu bildirilir.

Xatırladaq ki, gecə yarıdan sonra Türkiyə Hərbi Hava Qüvvələri Afrin şəhərində terrorçuların mövqelərinə zərbələr endiriblər.

Vətənim Media Shorts

YouTube-da aç ↗