Səhiyyə Nazirliyi: Hazırda nazir vəzifəsini Oqtay Şirəliyev icra edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Hazırda Azərbaycanın səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev icra edir.

 “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Kabinetin yeni tərkibində Oqtay Şirəliyevin adı yer almayıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗