Sumqayıtda gəlin yaşlı qayınatasını döydü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sumqayıtda 82 yaşlı kişi gəlini tərəfindən döyülüb.

Turkustan.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə şəhərin birləşmiş məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1936-cı il təvəllüdlü Dadaşov Mirağa İbad oğlu yaşadığı 7-8-12 birləşmiş məhəllədə ailə münaqişəsi zamanı öz gəlini tərəfindən döyülüb.

Yaşlı kişi ağır zədələrlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗