Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər
Ukraynanın Silahlı Qüvvələrində 25 min qadın xidmət göstərir.
Cebhe.info xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Anton Qeraşenko öz “Facebook” səhifəsində yazıb:
“Bir daha parad qüsursuz və mükəmməl idi. Vahid ordu sırasında ilk dəfə olaraq qadın əsgərlər yürüyürdü. Rəqəmlər artıq 25 mindir. Onlardan 3 mindən çox qadın zabit var. Ölkə bilməlidir ki, bizdə nə qədər qadın polkovnik və qadın generallar var. Çünki onlar kişilərlə bərabər xidmət göstərirlər “, – deyə Qeraşenko bildirib.
Qeyd edək ki, ölkənin müdafiə naziri Stepan Poltorakın dediyinə görə 2017-ci ildə ölkənin silahlı qüvvələrində ən azı 255 min nəfər xidmət edib. /Cebhe.info/
