VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
10.09.2018 13:25 · gunaynovruz

“Dedi ki, özünə qəsd edəcək” – Fədayə Laçının məhkəməsi

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Turkustan.info-nun məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən, təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə Soltanova qeyd edib ki, hadisə günü yoldaşı evdə olub: “Aqil evə gəlib, onu çağırdı. Gecə gəlmədi. Saat 1-də ona zəng elədim, götürmədi. Sonradan özü yığdı ki, adam var, onu yola salıb gələcəklər. Səhər 6-da evə gəldi. Pasportunu götürdü. Mən və baldızım da onunla Dağıstana getdik. Həmin günü getdik, yoldaşımla bizi sərhəddə saxladı. Hadisədən sonra bu məsələdən xəbər tutmuşuq”.

Məhkəmədə Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinin rəisi Rəşid Həşimov da şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilənlərdən Əli Ağamini tanıyır: “Müxtəlif vaxtlarda Əli Ağami bizə gətirilib. Çox vaxt daxili rejim qaydalarını pozurdu. 2017-ci il oktyabrında etab olunan zaman dedi ki, özümə qəsd edəcəyəm. Mən də adiyyəti şəxslərə, növbətçiyə məlumat verdim. Rəhbərlik tərəfindən konkret olaraq xidmət rəisi Elmar Paşayev tapşırıq verdi ki, onu qaytaraq. Həmin tapşırığı icra etdim”.

Əli Ağami isə şahidin yalan danışdığını və özünə qəsd etmək fikrinin olmadığını söyləyib.

Təqsirləndirilən şəxs, keçmiş konvoy taborunun əməkdaşı Ceyhun Səmədov isə deyib ki, Masallıda Əli Ağamini qəbul etmək istəməyiblər: “Orda dedilər k, biz Əlini qəbul edirik, amma qaytaracağıq. Həmin gün Lənkəranda bizə Etibar Məmmədovu qaytaracağını dedilər. Biz də bu barədə rəhbərliyə məruzə elədik”.

Proses sentyabrın 12-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.  /yenicag.az/