VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirPrezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edirPrezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdıAzərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edibPrezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edibPrezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidirVəzifəsindən azad edilən icra başçısı kimdir? – DosyeAnar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardıAyaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilibGEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib –Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidir
22.09.2018 23:57 · gunaynovruz

Əsla bu formada oturmayın: Ölə bilərsiniz

Vetenim.info- nun digər saytlardan əldə etdiyi xəbər Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər. Turkustan.info-nun xəbərinə görə, insanlar adətən stulda əyləşən…

Vetenim.info– nun digər saytlardan əldə etdiyi xəbər

Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər.

Turkustan.info-nun xəbərinə görə, insanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Bu adət bir çox insan arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə, bu cür əyləşmək sağlamlığa mənfi təsir göstərər.

Ən ideal əyləşmək növü – hər iki ayağın bir-birinin yanında qərar tutmasıdır. Ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür.

İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir.

Həkimlərin nəzərinə görə, bu cür əyləşən insanların ayaq damarları hörümçək toru kimi büruzə verməyə başlayar. Bu ehtimal qadınlarda 55, kişilərdə isə 45%-dir.

Ayağı ayağın üzərinə qoymaq qanın ürəyə qayıtmasına maneçilik yaradar. Nəticədə, ayaq damarları zərər görər və zəifləyər. Qan ayaq damarlarında toplanar və hörümçək toruna bənzər hala gələr.

Mütəxəssislər bu fikirdədir ki, ayağı ayağın üzərinə qoymaq qan təzyiqinin müvəqqəti qalxmasına səbəb olar. Çünki ürəyə qayıtmalı olan qan bu cür əyləşmək nəticəsində böyük təzyiqlə geri qayıdar. İnsanın qan təzyiqi qalxar ki, bu yolla qanı ürəyə qaytara bilsin.

İnsan belə vəziyyətdə qan təzyiqinin qalxmasını hiss etmədiyinə görə əyləşməyə davam edər. Uzun zaman belə əyləşmək sağlamlığı təhlükə altına alar. Nəticədə, qan ayaqlarda laxtalanar və damarların iltihabına səbəb olar.

Ona görə də həkimlər deyir ki, bu vəziyyətdə əyləşməyi sevən insanlar gərək 10-15 dəqiqədən çox belə əyləşməsinlər. Ayaqları aşağı salıb, bir qədər yol getsinlər.

Ayağı ayağın üzərinə qoymaq ürəyə ziyan vurduğu kimi, ayaqdakı əsəb tellərinə də ziyan vurur. Nəticədə, əsəb telləri müvəqqəti olaraq iflic və hissiz olur. Həmin hal əsəb tellərinə ziyan vurar. Bu cür əyləşmək onurga lardozuna da səbəb ola bilir.  /Sağlamolun.az/