Saakaşvilinin oğlu da “donuz qripi”nə yoluxdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz H1N1 virusuna – “donuz qripi”nə yoluxub.

Turkustan.info xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat yayıb.

O, oğluna bu diaqnozun Tiflisdə həkimlər (Luqar laboratoriyası) tərəfindən qoyulduğunu bildirib.

Rəsmi məlumata görə, Gürcüstanda “donuz qripi”nə yoluxanların sayı 9 minə çatır, onlardan 42-i ağır vəziyyətdədir.

Qurbanların sayı 17-yə çatıb.   /Teleqraf.com/

Vətənim Media Shorts

YouTube-da aç ↗