Avropa ordusu qurulur – İlk addım atıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.
Turkustan.info  DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.
Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.
Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.
Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.   /Report/

Vətənim Media Shorts

YouTube-da aç ↗