VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
27.01.2019 20:15 · gunaynovruz

Araşdırmaçının Qarabağ haqda ŞOK cinayət faktları: “11 yaşlı qızı mənə fahişə kimi təklif etdilər”

Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Ermənistanın Köçəryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur…

Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb. Kitabda Ermənistanın Köçəryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır.

Kitabdakı faktlar – qaçaqmalçılıq, qanunsuz silah alveri, təbii sərvətlərin talanması, insan alveri və s. http://www.narcokarabakh.net/en/ saytında ətraflı şəkildə yayımlanıb. Qafqazda bir neçə həftə vaxt keçirən müəllif yazır ki, o, Ermənistana və işğal altındakı Dağlıq Qarabağa turist adı altında səfər edib.

“Dağlıq Qarabağ mövcud statusuna görə havadan asılı qalıb. Bu fakt bölgənin mütəşəkkil cinayətkarlıq məkanı kimi istismar edilməsinə imkan yaradır. Erməni mafiyası. İran İnqilab Qvardiyası, əfqan qaçaqmalçıları, narkobaronlar və dünyanın ən görkəmli silah tacirləri üçün bu bölgə poliqon rolunu oynayır”, – deyə müəllif yazır.

Keyn tədqiqatları zamanı İrəvanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Polislər onun qaldığı mehmanxanaya gecə vaxtı hücum ediblər. Bununla yanaşı, o, Xankəndində erməni polislər tərəfindən döyülüb.

“Biz ortaya çıxardıq ki, Dağlıq Qarabağ ərazisində lokal cinayətlər baş verir, burada baş verənlərin böyük hissəsi keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla bağlıdır. Onlar dəhşətli insan əzabları üzərində milyardlarla dollar pul qazanıblar”, – deyə müəllif qeyd edir.
Kitabda Qarabağın seks alverçiləri üçün də potensial yer olduğu deyilir. Ailələrin yoxsulluğundan istifadə edərək, onları aldadır və gənc qızlarını əllərindən alırlar. Qızlar sonra Qərbi Avropanın Madrid, London və Berlin kimi böyük şəhərlərindəki fahişəxanalarda, eləcə də İrəvanın gecə klublarında işləməyə məcbur edilirlər. Kitabda bu dəhşətli cinayətin qurbanı olan bir neçə qızın hekayəsi də yer alıb. Qarabağdan olan Aliyə Madriddə seks işçisi kimi fəaliyyət göstərir. Bununla yanaşı, Keynin özünə İrəvanda hökumətin lisenziyası kimi fəaliyyət göstərən “Omeqa” və “Şarlotta Kabare” klublarda 11 yaşlı qız təklif ediblər.

“Üç qız atası kimi bundan dəhşətə düşdüm. Köçəryan və Sarkisyanın qızları, anaları və bacıları var. Necə ola bilər ki, eks-prezidentlər və onların ətrafındakı qadınlar belə dəhşətli sənayeyə imkan veriblər, inanılmazdır”, – deyə Keyn yazır.

Bir müddət öncə “Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezidenti Robert Köçəryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi Köçəryana verilir. Bununla yanaşı, İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan aparılır. Sayt qeyd edirdi ki, hazırkı prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır. Beylerin arayıpta bulamadığı bayan ilan sitesine ulaşmak isterseniz şu linkten siteyi ziyaret edebilirsiniz.Sitede bir çok ırk ve ülkeden bayan ilanlarına hiç bir ücret ödemeden ulaşabilir ve bayanlar ile sohbet edebilirsiniz.

“Armenia Today” portalı narkoticarətin başında Ermənistanın keçmiş baş prokuroru Aqvin Ovsepyanın dayandığını yazırdı. “Joxovurd” qəzeti isə qeyd edirdi ki, İranla sərhəddə yerləşən Sünik vilayətinin keçmiş qubernatoru Suren Xaçatryan da narkotik alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı cinayət işi açılıb, daha sonra o, fəaliyyətini Ermənistanda davam etdirib. Ermənistan KİV-i narkotrafikdə diqqəti “Ermənistan və Dağlıq Qarabağ Ticarət Palatası”na çəkir. Bu palata cinayətlərin ört-basdır edilməsi üçün pərdə rolunu oynayır. Hətta İranın iş adamlarının Dağlıq Qarabağ ərazisinə investisiya qoymaq istəklərinin əslində narkotik maddələrin becərilməsi və istehsalına hesablandığı haqqında məlumatlar var.   /Virtualaz.org/