Bankda pulu olanlara şad xəbər – Müddət 1 il də uzadıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır. Həmin müddət martın 4-də bitəcəyinə görə, onun daha 1 il uzadılması təklif olunur.

Təklif səsə qoyularaq qəbul edilib və beləliklə də əmanətlərin tam sığortalanmasının müddəti bir il daha artırılıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗