Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Alov şiddətlənərək “8-ci kilometr bazarı”ndakı bir neçə obyekti də bürüyüb.
“Diqlas” ticarət mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
https://youtu.be/uEE1XNo6y1k
https://youtu.be/bCRw24M6FT4



