Xızıda 1 ton arpa oğurlayan şəxs saxlanılıb – FOTO
Şrift
🔊 Xəbəri dinlə — Babək
◷ 25 Noyabr 2019 · 10:52 · ◉ 1. 545 Maraq göstəricisi
· ● 0 nəfər hazırda oxuyur
Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur.
Müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobili, eləcə də zərərçəkmişə məxsus 1 ton arpanı oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.