ADDA-ya qəbul olan abituriyentlərin nəzərinə!

Şrift
🔊 Xəbəri dinlə — Babək

Mustaqil.AZ saytınn xəbəri

Müstəqil.Az bildirir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olan abituriyentlər qeydiyyatdan keçmək üçün aşağıdakı linklərdən istifadə edə bilərlər:

  1.  https://form.jotform.com/202672089791464 –  Akademiyanın informasiya bazası
  1.  www.e-telebe.edu.az– Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya bazası

Hər iki linkdən qeydiyyatdan keçmək vacibdir.

Akademiyanın informasiya bazasında onlayn qeydiyyat üçün tələb olunan ilkin sənədlər bunlardır:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Attestatın surəti
  3. Abituriyentin elektron ərizəsi və Fin kodu
  4. Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
  5. 3×4 şəkil

Qeyd:

  1. Tələbə tanışlıq məqsədi ilə Akademiyaya gələndə qeyd olunan sənədlərin əslini gətirməlidir.
  2. Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:

– Pencək

– Şalvar

– Köynək

– Palto

– Yubka (qızlar üçün)

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Müstəqil.Az

Vətənim Media Shorts

YouTube-da aç ↗