VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
05.04.2021 07:12 · gunaynovruz

Birinci siniflər fərqli ərazi üzrə məktəblərə bu halda qəbul ediləcək – TN

Təhsil Nazirliyi övladının təhsil almaq istədiyi məktəbin ərazisi üzrə rəsmi qeydiyyatda olmayan valideynlərin uşaqlarının hansı halda həmin məktəbin birinci sinfinə qəbul olunduğunu açıqlayıb. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı…

Təhsil Nazirliyi övladının təhsil almaq istədiyi məktəbin ərazisi üzrə rəsmi qeydiyyatda olmayan valideynlərin uşaqlarının hansı halda həmin məktəbin birinci sinfinə qəbul olunduğunu açıqlayıb.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib ki, müəyyən məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bu halda qəbul üçün üstünlüklər üzrə kvota tətbiq olunur. Bu üstünlüyə uşağın digər bacı və qardaşının həmin məktəbdə oxuması, uşağın valideyninin həmin məktəbdə işləməsi və ərazidə yaşaması daxildir:

“Üstünlük meyarlarının tətbiq olunduğu məktəbin birinci sinfinə qəbul müəyyən dövr ərzində ancaq üstünlüklərlə aparılır. Açılmış plan yerləri tam dolmadıqda bu üstünlüklər götürülür və digər ərazilərdən də uşaqların məktəbə qəbulu aparıla bilir”.

E.Kərimov əlavə edib ki, birinci sinfə qəbulla bağlı vətəndaşlara yardım göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşanlar bu mərkəzə müraciət edə biləcəklər.

Xatırladaq ki, birinci sinfə qəbul prosesinin aprelin ikinci yarısında başlamaq nəzərdə tutulur.