VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Müdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimizMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?Yuxu ilə bağlı bilmədiklərimiz
02.12.2021 10:21 ·

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşəbbüsü ilə əcnəbi tələbələrlə görüş keçirilib – FOTOLAR

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə işçi qrupunun təşəbbüsü ilə Bakı Mühəndislik Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib. Tədbir öncəsi 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin…
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə işçi qrupunun təşəbbüsü ilə Bakı Mühəndislik Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Tədbir öncəsi 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Universitetin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Müşfiq Mehbalıyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşını və Xidmət yanında İctimai Şura üzvünü universitetdə görməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, görüşün məqsədi miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat vermək, əcnəbi tələbələri və müəllimləri maraqlandıran sualları cavablandırmaq və onların qarşılaşdıqları problemləri həll etməkdir.
Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü, Təhsil məsələləri üzrə işçi qrupunun rəhbəri Vidadi Fətullayev bildirib ki, vaxtaşırı işçi qrupuna ölkə ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr miqrasiya qanunvericiliyinə dair qüvvədə olan qaydalarla bağlı suallarla müraciət edirlər. Bu səbəbdən əcnəbi tələbələrlə belə bir görüşün keçirilməsinə zərurət yaranıb.
Dövlət Miqrasiya Xidmətinin Müvəqqəti olma və müvəqqəti yaşamaq icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev çıxışında miqrasiya qanunvericiliyi haqqında ətraflı məlumat verib. O, əcnəbi tələbələrin Azərbaycan Respublikasına gəlməsi, ölkədə müvəqqəti olması və ölkədən getməsi, həmçinin yaşadığı yer üzrə qeydiyyat məsələlərindən danışıb, bu prosedurların vaxtında həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə təhsillə əlaqədar ölkəyə gələn müəllimlərin iş icazəsi ala bilmək imkanları müzakirə olunub, əcnəbi tələbələri narahat edən məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılıb və bir sıra maraqlı təkliflər səsləndirilib.
İnteraktiv rejimdə keçən görüşdə əcnəbi tələbələri maraqlandıran bütün suallar ətraflı şəkildə cavablandırılıb.