Cəlilabadda faciə: Yük maşının altında qaldı 

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəlilabadda faciə: Yük maşının altında qaldı 

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.Oxu24.com cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Sabrabad kəndində baş verib. Belə ki, kənd sakini Xanhüseyn Abbasov ZIL markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonunda yerləşən xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə Xanhüseyn Abbasovu yük avtomobilinin altından çıxararaq xilas ediblər.Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.NOCOMMENT.az Bizi sosial şəbəkələrdə izləyin

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗