Yardımlıda açıq ərazidə yanğın baş verib 

Şrift
🔊 Xəbəri dinlə — Babək
Yardımlıda açıq ərazidə yanğın baş verib 

Yardımlı rayonu, Eçara kəndində açıq ərazidə yanğın baş verib.Bu barədə  Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində 2 ha sahədə quru ot yanıb.Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

Mənbə: oxu24.com

Əsas mənbə: oxu24.com

Vətənim Media Shorts

YouTube-da aç ↗