Azərbaycanın Alban irsi geniş şəkildə təbliğ olunmalıdır – gürcü tarixçi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanın Alban irsi geniş şəkildə təbliğ olunmalıdır – gürcü tarixçi

Təəssüf ki, erməni alimləri çox vaxt nalayiq
davranırlar. Ermənistan tərəfi gürcülərin və azərbaycanlıların
tarixini mənimsəmək cəhdləri ediblər və buna davam edirlər.

Bunu gürcü tarixçi, professor Bondo Arveladze
Trend-ə müsahibəsində
deyib.

Onun sözlərinə görə, bu cür iddialar təkcə
Azərbaycanla məhdudlaşmır. Son illərin tarixi göstərir ki,
Gürcüstanın mədəni və dini irsinə münasibətdə də analoji cəhdlər
olub.

“2015-ci ildə Gürcüstandakı Erməni Apostol Kilsəsinin
Yeparxiyasının Gürcüstan hakimiyyətinə məktub göndərərək 442 kilsə,
monastır və onların xarabalıqlarının geri qaytarılmasını tələb
etməsi ilə bağlı qalmaqal hələ də hər kəsin yadındadır. Məktuba
müvafiq siyahı da əlavə edilmişdi. Söhbət təkcə dini tikililərdən
deyil, onların torpaqlarından da gedirdi. Yəni söhbət Eçmiədzinin
özünə tabe etmək istədiyi Gürcüstan ərazisindəki nəhəng
mülkiyyətdən gedirdi”, – professor qeyd edib.


<!—->
<!—->

(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}

window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe74deeef70’);

Erməni Yeparxiyasının öz məlumatlarına görə, söhbət
müxtəlif tarixi dövrlərdə Gürcüstanda mövcud olmuş təxminən 650
erməni kilsəsi, monastırı və ibadətgahından gedir. Lakin Gürcüstana
münasibətdə bu cəhdlər əsasən ikitərəfli səviyyədə həyata
keçirilirsə, Ermənistan Azərbaycanın Alban irsinə dair iddialarını
beynəlxalq müzakirələrə çıxarmağa, dünya elmi dairələrini də bu
prosesə cəlb etməyə çalışır, deyə o bildirib.

“Ermənistan uzun müddətdir Qafqaz Albaniyasının
irsinə iddia edir. Bu, həmişə Alban kilsələrinin erməniləşdirilməsi
yolu ilə həyata keçirilib. Onların Alban irsinin ermənilərə məxsus
olduğunu sübut etmək imkanları yoxdur və buna görə də
saxtakarlıqlara əl atırlar. Buna göz yummaq olmaz. Onlar
saxtalaşdırmalarına tez-tez xarici alimləri də cəlb edirlər, lakin
yenə də heç nəyi sübut edə bilmirlər.

Əvvəllər Ermənistan tərəfindən işğal edilmiş
Azərbaycan ərazilərində Qafqaz Albaniyasının çoxsaylı mənəvi
mədəniyyət abidələri yerləşir. Azərbaycan Qafqaz Albaniyasının
hüquqi varisidir. Azərbaycanda yaşayan udilər isə Qafqaz
albanlarının yeganə nəsilləri, Alban kilsəsinin varisləridir.
Qarabağın Alban məbədləri onlara məxsusdur. Beləliklə, ermənilərin
bütün iddiaları heç nə ilə sübut olunmayıb və yalnız onların öz
təxəyyülünə əsaslanır”, – gürcü alim deyib.

Müsahibimiz həmçinin hesab edir ki, Azərbaycan Alban
irsini, o cümlədən turizm marşrutlarının təşkili vasitəsilə daha
fəal və geniş şəkildə təbliğ etməlidir. Məsələn, “Alban kilsələri”
marşrutunun yaradılması mümkündür. Professor Arveladze vurğulayıb
ki, bu, Azərbaycan tarixinin çox maraqlı və zəngin hissəsidir.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗